KANAL24.AZ
Az Iw En Ru

Cəmşid Naxçıvanskinin xatirəsinə həsr edilmiş sərgi nümayiş olunub

   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan 5 nömrəli Uşaq İncəsənət Məktəbində Cəmşid Naxçıvanskiyə həsr edilmiş rəsm sərgisi açılıb.

   Sərgidə məktəbin şagirdlərinin rəsm işləri təqdim edilib. Hər bir şagird çəkdiyi rəsm işində özünün Vətənə olan məhəbbətini təsvir verməyə çalışıb.

   Tədbirdə Cəmşid Naxçıvanski haqqında məlumat verilib. Bildirilib ki, Cəmşid Naxçıvanski 1895-ci il avqustun 23-də Naxçıvan şəhərində anadan olub. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ikinci Qarabağ süvari alayının komandiri təyin edilib. İgid komandanın 1920-ci ilin martında Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak edib.

   Bakıda hərbi lisey və paytaxt küçələrindən biri Cəmşid Naxçıvanskinin adını daşıyır, onun Naxçıvanda xatirə muzeyi fəaliyyət göstərir.


03:33 24.02.2016
Xəbər lenti
Bütün xəbərlər