KANAL24.AZ
Az Iw En Ru

“Türkiyə ilə Rusiya arasında müharibə ola bilər” - Olland

   “Türkiyənin Suriyaya müdaxiləsi Rusiya ilə müharibə riskini artırır”.

   Kanal24.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Fransa prezidenti Fransua Olland “France İnter” radiostansiyasına intervyusunda bildirib.

   “Türkiyə meylini Suriyaya salıb. Bu da Rusiya ilə müharibə riskini artıtır. Təyyarələr Suriyanın şimalında günahsız insanları bombalayanda ola bilsin ki, bu, müharibə birbaşa olmasa da, dolayı yolla olacaq. Beynəlxalq ictimaiyyət bunun qarşısını almaq və siyasi qərar tapmaq üçün nəsə etməlidir”, - deyə Olland əlavə edib.

   Fransa prezidenti qeyd edib ki, türklər məsləhət görülmədiyi yerdə olmamalıdılarsa, ruslar da terrorizmlə mübarizə adı altında Bəşər Əsəd rejimini qorumamalıdır: “Mən Rusiyanın da Suriya məsələsinin həlli prosesində kənarda qalmağını istəmirəm. Şəxsən Moskvaya gedərək Putinə dedim ki, biz siyasi çıxış yolu tapmaq üçün birlikdə hərəkət etməliyik, lakin bu, o demək deyil ki, mən danışıqlar gedərkən Suriyanın bombalanmasının lehinəyəm”.


18:00 20.02.2016
Xəbər lenti
Bütün xəbərlər