KANAL24.AZ
Az Iw En Ru

Mahirə Əsədova: "20 Yanvar Azərbaycan tarixinin qanla yazılan şanlı səhifəsidir"

"Milli azadlığımızın əsasını qoyan, öz qanları ilə müstəqilliyimizi əbədi olaraq şanlı tariximizə həkk edən şəhidləri unutmamalıyıq"

 

Bu sözləri "Yeni Yurd" təşkilatının sədri Mahirə xanım Əsədova Kanal24-ə deyib.

 

O bildirib ki, keçmiş SSRİ-nin sonuncu rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik və düşmənçilik siyasətinin nəticəsində xalqımız 1990 cı il yanvarında 20-də dəhşətli faciə yaşadı. Günahsız insanlarımız qətlə yetirildi. Analarımızın gözü yaşlı, körpələrimiz yetim qaldı.

 

Ümumiyyətlə faciənin törədilməsində əsas məqsəd Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit hərbi şərait yaratmaq olub deyə, Mahirə xanım bildirib.

 

Uzun illər bu hadisəyə siyasi qiymət verilməyib, bəzi maraqlı qüvvələr bu qanlı cinayətin unudulmasına çalışıblar. Lakin ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra 20 Yanvar faciəsinə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verilib. Azərbaycan xalqı heç zaman bu hərbi cinayəti unutmayacaq, onu törədənləri bağışlamayacaq deyə, Mahirə xanım qeyd edib.

Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi həmişə qəlbimizdə uca tutulacaq. 

Allah rəhmət eləsin!


02:56 21.01.2016