KANAL24.AZ
Az Iw En Ru

Məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Fərman

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraqqərara alıram:

 

1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında 2015-ci il noyabrın 28-də Minsk şəhərində imzalanmış Protokol təsdiq edilsin.

 

2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.

 

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası Hökumətinə bildiriş göndərsin.

 

 

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 yanvar 2016-cı il.

 


04:49 28.01.2016
Xəbər lenti
Bütün xəbərlər