KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan yollarında son vəziyyət

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar Respublikanın avtomobil yollarında, Bakı şəhərinin küçə və prospektlərində problem yoxdur, nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub.

"Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, gecə boyu yollara nəzarət olunub, buzlaşmış ərazilərə qum-duz qarışığı səpilib.

A.Nəcəfli bildirib ki, dağlıq ərazilərdə qarın yağması davam edir, güclü şaxta var: “Ona görə də həmin ərazilərdə nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə dayanmadan işlər aparılır”.

A.Nəcəfli bildirib ki, "Azəryolservis"in əməkdaşları daim yollara nəzarət edir, həmçinin qurumun qaynar xəttinə buzlanmış sahə olması barədə məlumat daxil olan kimi lazımi tədbirlər görülür: “Əgər hardasa buzlaşma varsa, vətəndaşlar bizim 599 79 75 qaynar xəttimizə zəng edib məlumat verə bilərlər”.


17:23 27.01.2016