KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın sığorta bazarı 3 faizdən çox artıb

2015-ci ildə Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 442,9 milyon manat sığorta haqqı toplanıb.

Azərbaycan Sığortaçılar Assosiasıyasının sədri Orxan Bayramov deyib ki, bu, 2014-cü illə müqayisədə 3,2% çoxdur.

Ötən il sığorta şirkətlərinin ödənişləri isə 180,2 milyon manat təşkil edib. Bu isə əvvəlki ilə nisbətən 14,7% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,7 manatı ödəniş edilib. Bu rəqəm 2014-cü ildə 36,6 manat olub.


19:32 25.01.2016