KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan qazı 2020-ci ildən tez Avropaya çata bilər

Azərbaycan qazı "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində 2020-ci ildən tez Avropaya çata bilər.

Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç "EurActiv"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi"nin ümumi uzunluğu 3 min kilometrdən çox olacaq: "O, Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliya ərazisindən keçəcək və həmin ölkələr eyni məsələləri - marşrut, torpaq sahələrinin alınması, hüquqi və ekoloji problemləri - həll etməlidirlər. Yaranan məsələlərin tez həlli üçün Məsləhət Şurası yaratdıq".


18:25 25.01.2016