KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın hava limanlarında yenilik - viza mərkəzləri açılacaq

2016-cı il 1 fevral tarixindən etibarən Azərbaycanın bütün beynəlxalq hava limanlarında gələn sərnişinlər üçün viza rəsmiləşdirmə mərkəzləri fəaliyyətə başlayacaq.

 

Kanal24.az-ın AZAL-ın saytına istinadən verdiyi məlumata görə, Fars Körfəzi (Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt) ölkələrinin, habelə Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları ölkədə 30 günlük birdəfəlik vizanı rəsmiləşdirə biləcəklər.


18:43 25.01.2016
Xəbər lenti
Bütün xəbərlər