KANAL24.AZ
Az Iw En Ru

Deputat: Sahibkarlar və iş adamları bundan sonra daha fəal olmalıdırlar

Sahibkarlar və iş adamları bundan sonra daha fəal olmalıdırlar, çünki Prezident İlham Əliyev biznes mühitinin yaxşılaşdırılması istiqamətində mühüm tapşırıqlar verib. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Prezident İlham Əliyev həm Nazirlər Kabinetinin iclasında, həm də sosial-iqtisadi məsələlərlə bağlı müşavirədə yaranmış vəziyyətdən çıxmaq üçün ən başlıca istiqamətləri göstərdi: “Vergi yükünün azaldılması ilə bağlı məsələlər artıq qanuni çərçivədə öz həllini tapıb, yersiz müdaxilələr aradan qaldırılır. Sahibkarlar da yaradılmış bu şəraitdən maksimum istifadə etməlidir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı var və sahibkar da həmin Proqramdan irəli gələn məsələləri bir ana xətt kimi götürüb, hansı regionda hansı işi görmək mümkündürsə, onları müəyyən edib işlər görə bilərlər. Çünki artıq bu işlərə mane olan məsələlərin qarşısını almaq üçün cənab Prezident konkret olaraq öz tapşırıqlarını verib”.

Millət vəkili deyib ki, görülən işlər nəticəsində məmur müdaxiləsi və digər subyektiv amillər artıq son akkordlarını yaşayır: “Artıq bu müdaxilələr olmayacaq. Sahibkarlar üçün əlverişli şərait yaradılacaq”.


05:35 20.01.2016