Bəzi sürücülər elə düşünürlər ki, yolun ortasında qəza işıqlarını yandırdıqda, orada durmağa tam ixtiyarları çatır. Lakin digərlərinə mane olduqlarının fərqində olsalar da, özlərini "haqlı" sayırlar.
Kanal24 xəbər verir ki, avtosfer.az-a göndərilən videoda da analoji hal yaşanır. 90 RO 629 dövlət nömrə nişanlı avtomobil yolun hərəkət hissəsində dayanıb. Arxadan gələn avtomobil isə yolu keçə bilmir.
Yalnız qaydanı pozub, qarşı yola çıxmaqla bunu edə bilər. Sürücü isə bunu etməyərək, etirazını bildirir və avtomobili yoldan çəkilməyə məcbur edir. Sözügedən görüntüləri təqdim edirik: