KANAL24.AZ
Az Iw En Ru

Döyülən avtobus sürücüsünün oğlu: Atam onu bağışlasa, mən onun kimi atadan imtina edəcəyəm - VİDEO

Sentyabrın 18-də metronun "Memar Əcəmi" stansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb. Hadisə nəticəsində xəsarət alan sürücü 1 saylı Şəhər Kliniki Xəstəxanasında çatdırılıb. Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 19-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtobus sürücüsünü döyən şəxsin Xırdalan şəhər sakini, 27 yaşlı Cavidan Bədəlov olduğu müəyyən edilib və o, sentyabrın 20-də istintaqa təhvil verilib.

Kanal24 oxu.az-a istinadla xəbər verir ki, döyülən avtobus sürücüsünün oğlu ilə döyən oğlanın atası ATV-də canlı yayımlanan "Bizimləsən" verilişində üz-üzə gəlib. Döyən şəxsin atası efirdə qarşı tərəfdən övladının bağışlanılmasını rica edib. Proqramda döyülən şəxslə (Qüdrət Kərimov) də telefon əlaqəsi yaradılıb. O, Cavidan Bədəlovu (döyən şəxs) bağışlamayacağını bildirib və həbsini tələb edib.

Qüdrət Kərimovun oğlunun isə son sözü belə olub: "Əgər atam onu bağışlasa, mən onun kimi atadan imtina edəcəyəm".

 

 

 

 


18:23 23.09.2017