Ağdamda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyindənverilən məlumata görə, sentyabrın 7-də Ağdam rayonunun Zəngişalı kəndindəki evlərdən birindən 6 nəfər qidadan zəhərlənmə şikayəti ilə xəstəxanaya gətirilib.
Həmin şəxslərin hansı ərzaqdan zəhərlənməsi barədə hələlik dəqiq məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.