KANAL24.AZ
Az Iw En Ru

Qobustanda köhnə transformatorlar yenisi ilə əvəz edilib

Qobustan rayonunda köhnə 6 ədəd transformator yenisi ilə əvəz olunub.

Rayon icra hakimiyyətindən  bildirilib ki, Qobustan Elektrik Şəbəkəsinin bütün xidməti ərazilərində işıq dirəklərinin yenilənməsi, kabellərin dəyişdirilməsi işləri aparılır. Köhnə 6 ədəd transformator yenisi ilə əvəz olunub. Yenidənqurma işlərinin nəticəsi olaraq itkilər 4 faiz azalıb. Belə ki, itkilər 15 faizdən 11 faizə düşüb. Hazırda işlər davam etdirilir.


18:37 22.08.2017