KANAL24.AZ
Az Iw En Ru

Biləsuvarda qadın qonşusu tərəfindən döyüldü

Biləsuvar rayonunda döyülmə hadisəsi baş verib.

Hadisə şəhərin S.Əsgərov küçəsində qeydə alınıb. 
Belə ki, həmin ünvanda yaşayan 1993-ci il təvəllüdlü Səbinə Rasim qızı Rzazadə qonşusu tərəfindən döyülüb.

Yaralı ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 


23:15 10.08.2017