KANAL24.AZ
Az Iw En Ru

Netanyahu terrorçunu zərərsizləşdirən mühafizəçiyə söz verdi

İsrailin baş naziri Binyamin Netanyahu Ammanda terrorçunu zərərləşdirən israilli vətəndaşı vətənə qaytarmaq üçün apardığı danışıqlar bütün səviyyələrdə gedir.İordaniyanın İsraildəki səfiri XİN-nə çağırılıb və problemin həlli cəhdlərinə qoşulub.

Məlumata görə İordaniya mühafizəçinin sorğuya alınmasını istəyir ,İsrail isə buna icazə vermir.Binyamin Netanyahu İordaniyadakı İsrail səfirliyinə atəş edən 17 yaşlı terrorçunu öldürən mühafizəçi ilə danışaraq ,tezliklə onun vətənə qaytarılmasına söz verib.Nitanyahu İordaniyaya birbaşa danışıqlar aparmaq üçün xüsusi təhlükəsizlik nümayəndələri göndərib. Nitanyahu mühafizə işçisini əmin edib ki,gərginliyi aradan qaldırıb ,onu qaytarmaq üçün əlindən gələni edir. Nitanyahu Gürcüstanın baş naziri Georgi Kvirikaşvilin də iştirak etdiyi mətbuat konfranslndakı çıxışında bildirib ki :"Biz vətəndaşlarımızı vətənə qaytarmaq və təhlükəsiz yaşayışla təmin etmək və Məbəd dağı ətrafında ,eləcə də bütün Yerüssəlimdə əmin amanllq yaratmaq üçün qəti şəkildə və məsuliyyətlə fəaliyyət göstəririk."

 


16:15 25.07.2017