KANAL24.AZ
Az Iw En Ru

Yağla dolu maşın aşdı-Bakı-Qazax yolunda qəza

Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Kanal24  xəbər verir ki,hadisə Bakı-Qazax yolunun 106-cü kilometrliyində, Hacıqabul rayonunun Pirsaat qəsəbəsi ərazisində qeydə alınıb.Sürücü Nəzərullayev Elvin GİLaNa mexsus yük maşınını idare ederken idareetmeni itirib və maşın aşıb. Nəticə də  maşının yük yerində olan yağ yola dağılıb. Hadise zamanı xesaret alan sürücüyə ilkin tibbi yardım göstərilib.

Yola dağılmış yağ bir müddət yolda avtomobillərin hərəkətində çətinlik yaradıb.

Avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Eyvazov Elvin Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikaları cəlb olunub, yola dağılmış yağ yuyularaq avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.


01:39 20.07.2017