KANAL24.AZ
Az Iw En Ru

Hərəkətdə olarkən ikiyə ayrılan avtobusdakı sərnişinlər yola səpələndilər - VİDEO

Braziliyada sərnişin dolu bir avtobus yolda  hərəkət edərkən ikiyə ayrılıb. Sərnişinlərin qorxaraq qışqırdığı anlar avtobusun təhlükəsizlik kameralarına düşüb. 
 
Braziliyanın Palhoca şəhərində nadir görülə biləcək bir yol qəzası baş verib. Hərəkət halındaykən avtobus ortadan ikiyə ayrılıb. 
 
İki qadının avtobusun arxa hissəsində oturduğu zaman əvvəl avtobusdan səslər gəlib. Daha sonra təkrar hərəkət etməyə başlayan avtobus ikiyə ayrılıb. Sərnişinlər qorxudan qışqıraraq avtobustan sürətlə çıxmağa başlayıblar. Yaşanan çaxnaşma anı avtobusun təhlükəsizlik kamerasına əks olunub. 
 

 

 


05:09 12.07.2017