KANAL24.AZ
Az Iw En Ru

Bakıda avtobus iki minik maşını ilə toqquşub, yaralananlar var

Bakının Biləcəri qəsəbəsində zəncirvari yol qəzası baş verib.

Hadisə Avtovağzal yaxınlığında Bakı-Ağsu marşrutu üzrə işləyən "Ford" markalı sərnişin avtobusu ilə iki minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.

Qəza nəticəsində avtobusda olan sərnişinlərdən ikisi - 1967-ci il təvəllüdlü Nəsirova Əzizə Nurəddin qızı və 2014-cü il təvəllüdlü Atakişiyev Səttar Dəyanət oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

15:48 05.06.2017