KANAL24.AZ
Az Iw En Ru

Çoban Qazax-Bakı qatarının altına düşdü – Son dəqiqə

Böyük Kəsik-Bakı qatarı Tovuzun Aşağı Quşçu kəndi ərazisində çobanı vuraraq öldürüb.

Bu barədə Axar.az-ın bölgə müxbirinə Aşağı Quşçu kəndinin icra nümayəndəsi Ruslan Sadıqov məlumat verib. Onun sözlərinə görə, dəmiryol xəttinin ətrafında mal-qara otaran çoban Xasoy Əziz oğlu Əşrəfov ehtiyatsızlıq edib və sərnişin qatarının altına düşüb. Az öncə baş verən hadisə zamanı qatar həmçinin bir inəyi də vurub.

Hazırda qəza ilə bağlı qatarın hərəkəti dayandırılıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının mümayəndələri araşdırma aparır.


05:27 03.06.2017