Kəklikotu və onun faydalı xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur.
Qədimdə bu otu "ruhun gücü" adlandırırdılar. Kəklikotu həqiqətən insanın əhvalını yaxşılaşdırmaq, depressiya və streslə mübarizə etmək xüsusiyyətlərinə malikdir.
- qurdları və mikrobları öldürür
- ağrıları azaldır
- nəfəs yollarını təmizləyir, çox gözəl bəlğəmgətiricidir
- immun sistemini möhkəmləndirir
- orqanizmi tonuslaşdırır, yorğunluğu azaldır, gümrahlıq bəxş edir
- soyuqdəymə zamanı xəstənin vəziyyətini yüngülləşdirir
- kişilərdə potensiyanı yaxşılaşdırır
- böyrəkləri təmizləyir, sistit zamanı kömək edir
- qadınlarda laktasiyanı (südün ifrazı ) artırır
- arıqlamağa kömək edir
- dərini təmizləyir.
Dadlı və faydalı kəklikotu çayını hazırlamaq üçün sadəcə adi qara çay dəmlədikdə çaydana 1 çimdik (yarım çay qaşığı) quru kəklikotu əlavə edin.
Bəzi xəstəliklər (mədə xorası, qalxanvari vəzi xəstəlikləri, ağır ürək xəstəlikləri və s.) və həmçinin hamiləlik zamanı kəklikotulu çayı içmək olmaz.