KANAL24.AZ
Az Iw En Ru

Sağlamlığımız üçün təhlükəli ZƏHƏRLİ EV BİTKİLƏRİ...

Qeyri - adi görünüşü və ətri  ilə görənləri məftun etsələr də,  bir qurup çiçək vardır ki, onlar sağlamlığımıza böyük zərər verir.
 
Evimizdə yetişdirdiyimiz bəzi bitkilər bizim üçün təhlükə mənbəyidir.
 
Meşə gülü
 
Meşə gülünün qoxusu və görüntüsü dünyanın ən gözəl güllərindən biri olsa da, yarpaqlarında zəhər olduğunu da qeyd etmək lazımdır. Təmas və yeyilməsi halında ölümcül nəticələr doğura bilər. 
Sarmaşıq
 
Sarmaşığın əsil adı “ zəhərli sarmaşıq ”- dır. Adından da göründüyü kimi yarpaqlarında heyvanları və otyeyən quşları uzaq tutması naminə zəhər saxlayır.
İlan yastığı 
 
İlan yastığını qətiyyən yemək və dişləmək olmaz. Bu bitkini dişləyən, ya da yeyən adam nəfəs darlığı çəkəcəkdir. Mümkün olduqca bu bitkini  uşaqlardan uzaq yerdə  saxlamaq lazımdır.
Zanbaq
 
Zanbaq qoxusu və görünüşü ilə heyranlıq yaradan bitkilərdən biridir. Ancaq zanbağın çiçəyi və yarpaqlarında mədə pozğunluğuna və zehni funksiyaları itirməyə səbəb olan maddələr var.
Jasmin
 
Jasminin qoxusu və görünüşü mükəmməldir. Qurudulmuş çayları istisna olmaqla, mədə üçün çox təhlükəli bitkidir. 
 
 

05:53 15.05.2017