Həddində çox və ya lazımsız yerə qəbul edilən antibiotiklər uşaqlarda ciddi problemlərin əmələ glməsinə səbəb olur. Antibiotiklərin əmələ gətirdiyi ən ciddi problemlərin siyahısında isə ilk növbədə qara ciyər və böyrək çatışmazlıqları durur.
Antibiotiklərin kəşfi və istifadəyə verilməsin insanlıq tarixinin inkişaf nöqtələrindən birinə təsadüf edilir. Dünyanın bir çox ölkələri daxil olmaqla bizim ölkəmizdə də uşaqlara çox antibiotik verilir. Ən çox da bu antibotiklər həkimin resepti olmadan valideyinlər tərəfində uşaqlara tətbiq edilir.
Əslində antibiotiklət bakteriya və patogen mirkroblara qarşı istifadı edilən bir təsir
vasitəsidir. Amma, nəzərə almaq lazımdır ki, antibiotiklər yanlız xəstəlik törədən bakteriya və mikrobları deyil orqanizmin sağlam həyat fəaliyyəti üçün çox vacib sayılan bakteriyaların da məhvinə səbəb olur. Bu isə orqanizmin bakteriya və mikroblara qarşı olan müqvimətini aşağı salır və immun sistemi zəiflədir.
Qəbul edilən bütün antibiotiklər orqanizmdə öz yan təsirini göstərir.
Aparılan araşdırmalar Avropa ölkələri həkimlərinin xəstələrə az antibiotik təyin etdiyini təsadiqləyib. Hesablamalar isə Avropa ölkələrinin onlara yaxın bölgələrdə yaşayan ölkələrdən 2-3 dəfə az antibiotik istifadə etdiyini təsdiq edib. Antibioptiklərin istifadəsi və satışına görə bizim ölkəmiz ön sıralardan birində durur.
Diqqətli olun! Həkimin təyinatı olmadan uşaqlarınıza antibiotik verməyin. Əksər valideyinlər hətta virus xəstəliklərinə antibiotikin təsiri omadığını bilmədən uşaqlarına bu dırmandan verir və bunun sonunun nə ilə qurtaracağını belə düşünmür.
Antibiotiklər uşaqlarda hansı ağırlaşmalara səbəb ola bilir?
1 Antibiotik ishala səbəb ola bilir ki, bu da elektrolit balansının pozulmalarına, qanayan kolitə, dərmanı uzun müddət qəbul etdikdə isə ölümə səbəb ola bilir.
2 İmmun sistemi aşağı salır, bunun səbəbi isə antibiotiklərin orqanizmin həyatı üçün lazım olan bakteriyaların məhv olmasından irəli gəlir. Çox antibiotik qəbul edən uşaqların immun sistemi aşağı düşdüyü üçün onlar infeksion xəstəliklərə daha tez yoluxurlar.
3 Antibiotiklərin qəbulu bağırsaqlarda disbakterioza səbəb olur ki, bu da həzm sisteminin pozulmalarına və qəbul edilən qidaların orqanizm tərəfindən mənimsənilməməsinə səbəb olur.
4 Allergiyanın əmələ gəlməsinə səbəb olan amilərədn biri də antibioptiklərin lazımsız yerə qəıbul edilməsidir. Antibiotik qəbulu orqanizmdə xarici amillərə qarşı müqavimət göstərən bağrırsaq mikroflorası əmələ gətirir ki, bu da allergik reaksiyaların artmasına səbəb olur.
5 Böyrək çatışmazlığına səbəb olan amillərdən biri də uzun müddət antibiotiklərin qəbuludur. Qəbul edilən dərmanların böyrəklərə mənfi təsir etdiyini hamımız bilirik. Ən çox isə böyrəklərə zərər verən dərman antibiotiklərdir.
6 Qara ciyər funksiyasının pozulması, toksiki hepatit və qaraciyər çatışmazlığına səbəb olan amillərdən ən başda gələni antibiotiklərin qəbuludur. Bu səbəbdən də mütəxəssislər antibiotik qəbul edən zaman onun digər orqanlara olan zərərini azaltmaq üçün tədbirlər almağın vacib və lazım olmadıqca antibiotik qəbul etməyin təhlükəli olduğunu qeyd edir.