L’Oreal şirkətinin prezidenti və yeganə qadın milyarder səhərlər soyuq dana əti və bir badə şərab içməyi sevir. Desert olaraq yalnız meyvə yeyir.
Facebook-un yaradıcısı yemək məsələlərində heç də kaprizli deyil. Səhərlər əlinə nə keçsə onu yeyir. Bu axşamdan qalma bir parça pizza da ola bilər, köhnə burger də.
Microsoftun yaradıcısı Bill Geytsin fikrincə pul əsla insanı pozmur. O hər zamankı kimi sadə geyinir, əsl amerikalı kimi fast-food yeməkləri ilə qidalanır və mütləq kola içir.
Virgin şirkətinin yaradıcısı Riçard Brenson səhərlər nə yeyir? Özünə məxsus adası olan bir milyarder nə yeyə bilər? Əslində hamı kimi marketdən alınmış myusli və alma yeməyi sevir.
Twitter-in qurucu cə CEO-su Cek Dorsi səhərlər bərk bişirilmiş iki soyutma yumurta və kofe ilə günə başlayır. Sağlam həyat tərəfdarı olan Cek duzdan olduqca az istifadə edir.
“Zara” brendinin yaradıcısı, Avropanın ən varlı insanı Amansio Orteqa köhnə bir kafedə hər səhər dostları ilə bulka və qaynar şokoladla səhər yeməyi yeyir.