Bu bitkidən bir çox evdə var. Ancaq çox adam onun təhlükəli olduğunu bilmir.
Söhbət el arasında “Ağlayan çiçək” adı ilə tanınan ”Difenbahya”dan gedir. Bitki uşaqlarda zəhərlənməyə, hətta ölümə səbəb ola bilər. Həkim professor Ümit Sarıcısı və komandası tərəfindən aparılan araşdırmaya görə, bitkini əllə ovxalamaq və iyləmək uşaqlara zərər verir. Çiçəyin yarpaqlarının qoparılması və çeynənməsi nəticəsində əl, dil və dodaqlarda şişkinlik, yanma, ağrı meydana gəlir. Həmçinin, tənəfüss üzvlərinin problemlərinə gətirib çıxarır.
Bu bitki sürətlə böyüyür, qısa zamanda çox yarpaq çıxarır. 200-ə qədər növü olduğu fərz edilsə də, elmə 56 növü məlumdur. Evdə "Difenbahya" yetişdirmək istəyirsinizsə, bitkinin olduğu mühitin havalı və küləkli olmasına diqqət edin. Küləkli mühiti çox sevən "Difenbahya" günəş almasa belə, olduğu mühitin işıqlı olmasını istəyir.
Mütəxəssislər valideynlərə xəbərdarlıq edir ki, uşaqları bu bitkidən uzaq tutsunlar.