İtaliyanın Abrutso vilayətində baş vermiş qar uçqunu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Axtarışlar nəticəsində ötən gecə daha 3 nəfərin meyiti qar uçqunu altında qalan hotelin dağıntıları altından çıxarılıb.
Hazırda 17 nəfər itkin düşmüş hesab edilir.
Hadisədən sonra 9 nəfər xilas edilib.
Qeyd edək ki, yanvarın 19-da Abrutso vilayətində qar uçqunu baş vermiş, Alp dağları ərazisində yerləşən "Riqapiano" hoteli qar uçqunu altında qalmışdı.
İlkin məlumata əsasən, uçqunun baş verməsinə yeraltı təkanlar səbəb olub.