KANAL24.AZ
Az Iw En Ru

Kim daha çox yaşayır - varlılar yoxsa kasıblar?

Şərq Tenessi Universiteti (East Tennessee State University) alimləri insanın həyatının uzunluğuna kasıblığın necə təsir etdiyini araşdırıblar.

Araşdırmaların nəticələri alimləri təəccübləndirib - ABŞ-da kasıblar varlılardan 7-10 yaş az yaşayır.

Reuters agentliyi xəbər verir ki, alimlər aşkar ediblər ki, Amerikanın kasıb ştatlarında kişilər varlı ştatlarla müqayisədə 10 yaş, qadınlar isə 7 yaş az yaşayır. Kasıb ştatların əhalisi arasında varlı ştatların əhalisi ilə müqaysədə siqaret çəkənlər 4,5 dəfə, piylənmədən əziyyət çəkənlər isə 50% çoxdur.

Araşdırmanın nəticələri American Journal of Public Health jurnalında dərc olunub.


19:04 08.12.2016