KANAL24.AZ
Az Iw En Ru

Kriştianu Ronaldo: - "10 il daha futbol oynamağı düşünürəm"

Kriştianu Ronaldo gələcək planları ilə bağlı verdiyi bəyanatda 10 il daha futbol oynamağı düşündüyünü söyləyib.

Kanal24.az xəbər verir ki, “Real Madrid”in portuqaliyalı ulduzu Kriştianu Ronaldo ölkəsində paytaxt Lissabonda açdığı “Pestana CR7” adlı otelin açılışında "10 il daha futbol oynamağı düşünürəm" deyə çıxış edib.

31 yaşlı ulduz futboçu çıxışında fikirlərini belə izah edib: "Həyat təkcə futboldan ibarət deyil. Açığı futbol mənim üçün böyük bir həvəsdir, amma gələcəyi də düşünmək lazımdır. Futbolu bitirmək üçün çox vaxtım qalmadı. Təxminən 10 il qədər, bəlkə bir qədər çox, bəlkə də az".


06:48 05.10.2016