Binəqədi rayonunda iməclik keçirilib.
Binəqədi rayon İcra Hakimiyyətindən Kanal24-ə verilən məlumata görə, aksiyada İcra Hakimiyyətinin və YAP Binəqədi rayon təşkilatının əməkdaşları, Gənclər Birliyinin fəallarının, Binəqədi rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşlarının iştirakı ilə Biləcəri qəsəbəsi Natəvan küçəsində Şamlıq ərazisində genişmiqyaslı təmizlik aksiyası keçirilib.
Eyni zamanda, aksiyada rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, rayonun bələdiyyələri, həmçinin ayrı-ayrı idarə, müəssisə və təşkilatları, ümumilikdə 250 nəfər fəal iştirak edib.
Aksiya çərçivəsində Şamlıq ərazisi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizləndi. Məişət tullantılarının ətrafa yayılmasının qarşısını almaq, eləcə də onların daşınmasının asanlaşdırmaq məqsədilə aparılan təmizlik işlərinə 3 Kamaz, 2 xüsusi təyinatlı maşın cəlb olunub. Təmizlik işləri çərçivəsində 200 kvadrat metr ərazidən toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşınıb.
O cümlədən, aksiya iştirakçıları Azadlıq prospekti boyunda təmizlik və abadlıq işlərini davam etdiriblər. Azadlıq prospektində 300 kvadrat metr əraziyə qazon örtüyü salınıb, ətrafa 100-dən artıq rəngbərəng qızılgül kolları əkilib. Tullantı meydançalarının ətrafı gül dibçəkləri ilə bəzədilib. Azadlıq prospekti 189 ünvanında yaşlı və gənc nəsilin istifadəsi üçün söhbətgah, uşaqlar üçün oyun meydançası, məhəllədaxili park qurularaq sakinlərin ixtiyarına verilib.
Bundan başqa, Azadlıq prospekti boyunca yol kənarlarında velosiped yolu işarələnək rənglənib.