KANAL24.AZ
Az Iw En Ru

Bahar Muradovadan xəbərdarlıq....

Mən o düşüncədən uzağam ki,  hətta,  Azərbaycan və Ermənistan prezidentlərinin  növbəti görüşü iyun ayında baş tutsa belə, o görüş  bütövlükdə məsələnin həlli demək olacaq.
 
Kanal24.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vitse-spiker Bahar Muradova deyib.
 
"Biz bu danışıqlar prosesini yeni bir mərhələnin başalanğıcı kimi dəyərləndiririk“-deyən B. Muradovanın sözlərinə görə, bu danışıqlar Qarabağ münaqişəsində yeni xarakterli danışıqlar mərhələsidir:
 
"Əgər əvvələr  bu formatda keçrilən görüşlərdə yalnız bəyanatlar verib  məsələnin uzanmasından narahatlıq  ifadə, tərəfləri qarşılıqlı güzəştə getmək təklif olunurdusa, indi  artıq məsələnin həlli ilə bağlı ciddi  çağırışlar olmalıdır. 
 
Ona görə də bu görüşlərdə görsək ki,  məsələnin həlli ilə bağlı  həm vasitəçilər ciddi mövqeyə malikdir,  həm də Ermənistan tərəfi bu ciddi  mövqeləri qəbul edərək konstruktiv mövqe istiqamətində fəaliyyət göstərə bilir,  o zaman biz  bu danışıqların perspektivinə inana bilərik. 
 
Onun davamlı şəkildə getməsində iştirak edə bilərik.
 
 Yox əgər görsək ki,  növbəti dəfə söhbət baş aldatmaqdan, məsələni  növbəti  on illər boyu uzatmaqdan gedirsə, əlbəttə,  Azərbaycan  öz qəti sözünü söyləyəcək”.
 
Vitse-spiker  deyib ki, Azərbaycan yalnız  atəşkəs rejiminə və insidentlərin araşdırılması mexanizminın müəyyənləşməsinə  razılıq verib:
 
 “Hansısa öhdəlik və ya sənəd imzalamayıb. 
 
Ona görə də  düşünürəm ki, Azərbaycanın qətiyyətli mövqeyi hamıya bəllidir. Və elə o  mövqe  yeni reallığı yaradıb. 
 
Bu reallıq dəyərləndirilməyəcəksə, o zaman  hesab edirəm ki,  qarşısı alınmayan proseslər baş verə bilər”./gün.az/


20:53 25.05.2016