Aprelin 25-də Bakıda növbəti Gənclər Evinin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və digər rəsmilər iştirak ediblər.
Açılışda çıxış edən A.Rəhimov ölkəmizdəki Gənclər Evinin artıq geniş şəbəkə olduğunu diqqətə çatdırıb: "Gənclər evlərinin yaradılması prosesi 2006-cı ildən başlayıb. 2006-2008-ci illərdə 5, 2009-2012-ci illərdə 12, 2013-2015-ci illərdə isə 19 Gənclər Evi/Mərkəzi tikilərək gənclərin istifadəsinə verilib.
Qeyd edək ki, yeni Gənclər Evi Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov kücəsində yerləşir.